Kirill Rubinski NEQSOL Holding-in Səhmdarının Baş Müşaviri və Məsləhət Şurasının üzvü təyin olunub
NEQSOL Holding Kirill Rubinskinin holdinqin Səhmdarının Baş Müşaviri və Məsləhət Şurasının üzvü vəzifələrinə təyin olunduğunu elan edib.

NEQSOL Holding Kirill Rubinskinin holdinqin Səhmdarının Baş Müşaviri və Məsləhət Şurasının üzvü vəzifələrinə təyin olunduğunu elan edib.
NEQSOL Holding-in tərkibinə daxil olan Vodafone Ukrayna şirkəti Vodafone Group ilə birgə Avropa ilə Asiyanı birləşdirəcək yeni, yüksək tutumlu Qara dəniz sualtı kabel sisteminin inşasına başlayacaq.
2025-ci ilin aprel ayında fəaliyyətə başlayan “Peerstack Academy” qısa müddətdə Azərbaycanda İT təhsil sahəsində önəmli mövqe qazanıb. Akademiyaya edilən müraciətlər arasından seçilən 80 tələbə artıq tədris prosesinə uğurla qoşulub və intensiv şəkildə öyrənməyə davam edir.
NEQSOL Holding has been named a winner at the 2025 Stevie® Awards for Great Employers, earning Gold and Silver recognition for its PARLA Scholarship and Development Program for female students, implemented in cooperation with the Education Development Fund. The holding received Gold in Achievement in Extended Enterprise Learning Programs and Silver in Achievement in Diversity and Inclusion.
NEQSOL Holding Ukraynanın Antiinhisar Komitəsindən “Birləşmiş Dağ-Mədən və Kimya Şirkəti” SC-nin (BDKŞ/UMCC) səhmlərinin nəzarət paketinin əldə olunmasına dair rəsmi razılıq alıb. Dünyanın aparıcı titan və nadir torpaq metalları istehsalçılarından biri olan “Birləşmiş Dağ-Mədən və Kimya Şirkəti” titan konsentratı istehsalına görə Avropada birinci yeri tutur. Sövdələşmə NEQSOL Holding-ə məxsus olan CEMIN Ukraine MMC törəmə şirkəti vasitəsilə həyata keçiriləcək.
NEQSOL Holding bu yaxınlarda Bakıda süni intellektə həsr olunmuş yüksək səviyyəli tədbir təşkil edib. Tədbir holdinqə daxil olan şirkətlərin baş icraçıları və yüksək vəzifəli menecerlərini bir araya gətirib.
NEQSOL Holding-in tərkibinə daxil olan NEQSOL Academy, Təhsilin İnkişafı Fondu və Technology SNI tərəfdaşlığı ilə yaradılan Peerstack Academy-nin rəsmi açılış tədbiri həyata keçirilib.
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstək məqsədilə YAŞAT Fondu ilə əməkdaşlığı davam etdirir. Əməkdaşlıq çərçivəsində NEQSOL Holding tərəfindən YAŞAT Fonduna ayrılmış vəsaitin bir hissəsi hesabına 2025-ci il ərzində 671 nəfər əlilliyi təyin olunmuş şəxsə və şəhid ailəsinə tibbi xidmətlərin və təhsil xərclərinin maliyyələşdirilməsi formasında sosial dəstək göstərilib.
NEQSOL Holding “Rəqəmsal İpək Yolu” (“Digital Silk Way”) layihəsinin mühüm hissəsi olan Transxəzər fiber-optik kabel xəttinin tikintisi üzrə tender proseslərinin uğurla başa çatdığını və tikintinin birinci mərhələsinin başlandığını elan edir.
NEQSOL Holding universitetlərdə təhsil alan tələbə qızlara Təhsilin İnkişafı Fondu ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən “Parla” təqaüd və inkişaf proqramı vasitəsilə dəstəyini davam etdirir. Cari tədris ilində 50 yeni tələbə seçilərək proqrama qəbul olunub və ümumi iştirakçı sayı 100 nəfərə çatıb.
Bizə məlum olub ki, a-zholding.com domeni altında fəaliyyət göstərən vebsayt qanunsuz olaraq bizim vebsaytımızın dizaynının, məzmununun surətini istifadə edib və hətta bizim rəhbər heyətimizi, bizneslərimizi və ofis ünvanlarımızı təhrif olunmuş qaydada təqdim edib. Bu vebsaytın NEQSOL Holding ilə heç bir əlaqəsi yoxdur və onlar tərəfindən irəli sürülən hər hansı iddia və ya təqdimatlar tamamilə saxtadır.
NEQSOL Holding-in tərkibində olan dörd şirkət Azərbaycanda 2024-cü ildə ən çox vergi ödəyən 100 vergi ödəyicisi siyahısına daxil olub. Qeyd edilən siyahı Azərbaycan Respublikası Dövlət Vergi Xidməti tərəfindən açıqlanıb.
NEQSOL Academy, Udemy Business ilə əməkdaşlıq çərçivəsində İnsan Resursları (İR) mütəxəssislərini süni intellekti İR praktikalarında effektiv istifadə etməyə hazırlamaq məqsədilə transformativ “People Powered AI HR Proqramı”nı təqdim edib. Bu təşəbbüs, NEQSOL Holding-in innovasiyanı təşviq etməyə və İnsan Resursları icmalarını gücləndirməyə olan bağlılığını əks etdirir.