Xəbərlər və Media

Glensol bp şirkətinin mühüm biznes xidmətlərini həyata keçirəcək

Nobel Energy şirkətinin neft-mədən əməliyyatları və avadanlıqlara texniki xidmət üzrə törəmə müəssisəsi olan Glensol məmnuniyyət hissi ilə bildirir ki, bp şirkəti ilə Azərbaycan-Gürcüstan-Türkiyə regionunda qaz turbinlərinə texniki xidmətin göstərilməsinə dair müqavilə imzalamışdır.

Müqavilə çərçivəsində Glensol bp şirkətinin Xəzər dənizindəki bütün quruda və dənizdə yerləşən qaz turbinlərinə mühüm baxım xidməti göstərəcəkdir.

Nobel Energy şirkətinin Kommersiya məsələləri üzrə baş direktoru Eldar Məmmədəzadə deyib: “Glensol, strateji əməkdaşlığın yeni mərhələsinə qədəm qoyub, belə ki, o, bp şirkətinin regiondakı ən strateji obyektləri üçün qlobal səviyyədə tanınan beynəlxalq orijinal avadanlıq istehsalçısının işini yerinə yetircək ilk yerli xidmət təminatçısı olacaq. Şirkət müqavilə üzrə öhdəliklərini dünya standartlarına uyğun şəkildə yerinə yetirməyi, və beləliklə də bizim uzunmüddətli müştərimiz olan bp şirkətinin cari və gələcək layihələrindəki əməliyyatlarını dəstəkləməyə davam edəcək.

Bu, Glensol şirkətinin tarixində əlamətdar bir hadisədir, çünki bir yerli şirkət olaraq təhlükəsizliyin təmin olunmasına, davamlı inkişafa və beynəlxalq sənaye standartlarına uyğun fəaliyyət göstərməyə ciddi şəkildə sadiq qalaraq bp kimi enerji nəhənginin etibarlı tərəfdaşına çevrilmişdir. Biz Glensol kimi şirkətlərin getdikcə mürəkkəbləşən sahələrə öz təcrübələrini tətbiq etməyə imkan yaratdıqlarına, yerli şirkətlərin inkişafına göstərikləri daimi dəstəyə görə bp şirkətinə təşəkkür edirik.

Glensol davamlı olaraq xidmətin göstərilməsində standartaları yuxarı səviyyədə tutaraq, öz resurslarına və infrastrukturuna sərmayə qoyub ki, bu da öz növbəsində şirkətin həm yerli, həm də beynəlxalq səviyyədə mühüm layihələrin həyata keçirilməsində etibarlı tərəfdaş olmasına imkan yaradıb”.