Mükafatlar

NEQSOL Holding-in İnsan Kapitalının İdarəedilməsi sahəsində ən yaxşı təcrübələrin yaradılması və tətbiqi istiqamətində əldə etdiyi nailiyyətləri müxtəlif mükafatlarla qiymətləndirilib.

 

Brandon Hall Group Awards: NEQSOL Academy və Liderlik İnkişaf Proqramlarına görə bir çox kateqoriyalar üzrə

NEQSOL Holding, NEQSOL Academy və Liderlik İnkişaf Proqramlarına görə bir çox kateqoriyalar üzrə  Brandon Hall Group Awards mükafatına layiq görülüb. Ümumilikdə, NEQSOL Holding aşağıdakı kateqoriyalar üzrə 4 qızıl və 1 gümüş mükafatları qazanıb: 

  • Korporativ Öyrənmə Universitetinin ən yaxşı istifadəyə verilməsi
  • Mobil Öyrənmənin Ən Yaxşı İstifadəsi
  • Korporativ Öyrənmə Universiteti üçün Ən Yaxşı Strategiya
  • Liderlik İnkişafında Ən Yaxşı İrəliləyiş
  • Kouçinq və Mentorluq sahəsində Ən Yaxşı İrəliləyiş

Brandon Hall Group bütün dünyada 10.000-dən çox müştərisi olan, tədqiqat və məsləhət xidmətləri üzrə təxminən 29 illik təcrübəyə malik tədqiqat və analitika şirkətidir. Şirkət ən böyük və davamlı tarixə malik olan İnsan Kapitalı İdarəedilməsi mükafatları proqramını idarə edir. Daha ətraflı 

 

The Stevie® Awards: NEQSOL Academy və Liderlik İnkişaf Proqramlarına görə bir çox kateqoriyalar üzrə

NEQSOL Holding, NEQSOL Academy və Liderlik İnkişaf Proqramlarına görə bir çox kateqoriyalar üzrə nüfuzlu beynəlxalq Stevie® Awards mükafatına layiq görülüb. Ümumilikdə, NEQSOL Holding aşağıdakı kateqoriyalar üzrə 4 Qızıl və 3 Bürünc Stevie Awards for Great Employers mükafatları qazanıb:

  • Korporativ Öyrənmə Universitetinin ən yaxşı istifadəyə verilməsi (Qızıl)
  • Korporativ Öyrənmə Universiteti üçün Ən Yaxşı Strategiya (Qızıl)
  • Mobil Öyrənmənin Ən Yaxşı İstifadəsi (Qızıl)
  • Rəhbərlərin İnkişafında Nailiyyət (Qızıl)
  • Kouçinq və Mentorluq sahəsində Nailiyyət (Bürünc)
  • Liderlik İnkişafında Nailiyyət (Bürünc)
  • İnnovativ Liderlik Proqramı (Bürünc)

Möhtəşəm İşəgötürənlər mükafatı daxil olmaqla, Stevie® Awards mükafatı 8 proqram üzrə təqdim edilir və hər il 70-dən çox ölkəni təmsil edən təşkilatlardan 12,000-dən çox müraciətin daxil olduğu beynəlxalq biznes mükafatları müsabiqəsidir. Daha ətraflı

 

The Stevie® Awards mükafatı: Davamçıların hazırlanması və karyera idarəetməsi sahəsində nailiyyət

NEQSOL Holding davamçıların hazırlanması və karyera idarəetməsi sahəsində əldə etdiyi nailiyyətlərə görə Gold Stevie® Award qızıl mükafatına layiq görülüb. Nüfuzlu mükafat Holdinqdə Davamçıların Hazırlanması Proqramının yüksək məmnuniyyət və uğur göstəricilərinə görə verilib. Möhtəşəm İşəgötürənlər mükafatı daxil olmaqla, Stevie® Awards mükafatı 8 proqram üzrə təqdim edilir və hər il 70-dən çox ölkəni təmsil edən təşkilatlardan 12,000-dən çox müraciətin daxil olduğu beynəlxalq biznes mükafatları müsabiqəsidir. Daha ətraflı

 

Brandon Hall Group Awards mükafatı: Davamçıların hazırlanması və karyera idarəetməsində ən yaxşı irəliləyiş

Davamçıların hazırlanması və karyera idarəetməsi sahəsində mükəmməlliyə görə NEQSOL Holding Brandon Hall Group Silver Award mükafatına layiq görülüb. Mükafat, NEQSOL Holding-in Davamçıların Hazırlanması Proqramının holdinqin tərkibindəki şirkətlərdə unikal fərdiləşdirmə və sinerji yaratma qabiliyyətinə görə verilir. Brandon Hall Group bütün dünyada 10.000-dən çox müştərisi olan, tədqiqat və məsləhət xidmətləri üzrə təxminən 28 illik təcrübəyə malik tədqiqat və analitika şirkətidir. Şirkət ən böyük və davamlı tarixə malik olan İnsan Kapitalı İdarəedilməsi mükafatları proqramını idarə edir. Daha ətraflı