Xəbərlər və Media

NEQSOL Holding-in menecerləri Liderlik Səyahəti Proqramını uğurla bitirib

NEQSOL Holding-in 55 meneceri liderlik bacarıqlarını inkişaf etdirmək və təkmilləşdirmək məqsədini daşıyan bir illik Liderlik Səyahəti proqramını uğurla bitirib.

Liderlik Səyahəti proqramının iştirakçıları il ərzində həm əyani təlimlər və qrup kouçinq sessiyalarında iştirak edib, həm də holdinqin NEQSOL Academy rəqəmsal təlim və ünsiyyət platforması vasitəsilə liderlik sahəsində ekspertlərin eksklüziv materiallarından faydalanıb.

“Liderlik potensialının inkişafı NEQSOL Holding-in strategiyasında və inkişafında mühüm yer tutur. Bu istiqamətdə NEQSOL Academy-nin imkanlarından istifadə edərək Liderlik İnkişafı Proqramlarına üstünlük veririk. Komandanın liderlik bacarıqlarının daha da güclənməsi, holdinqin gələcək inkişafı üçün yeni imkanlar yaradır,” NEQSOL Holding-in İnsan Kapitalı üzrə Baş Direktoru Meriç Tunç sertifikatların təqdimatı mərasimindən sonra bildirib.

Liderlik Səyahəti Proqramı məzmununu zənginləşdirən və rəqəmsal olaraq təkmilləşdirən tanınmış K2C Danışmanlık və CrossKnowledge şirkətləri ilə birgə həyata keçirilir. Holdinqin müxtəlif ölkələrdə və sahələrdə 250 menecerinin Liderlik Səyahəti Proqramında iştirak etməsi nəzərdə tutulub.

NEQSOL Holding səkkiz ölkədə enerji, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən beynəlxalq şirkətlər qrupudur.