Norm
Norm sement zavodunun uzun illər ərzində səmərəli və effektiv fəaliyyətini təmin etmək üçün bütün dünyada mövcud olan ən yaxşı texnologiyalar quraşdırılmışdır.
Norm sement zavodu Cənubi Qafqazda sutkada 5300 ton klinker və ildə 2,1 milyon ton sement istehsal gücünə malik ən böyük sement zavodudur.
Zavod 80 hektar ərazini əhatə edir və Azərbaycanda, Bakının Qaradağ rayonunda yerləşir. Burada əsas xammal olan əhəng və gillə zəngin yataqlar var. Vulkan külü kimi əlavə materiallar yerli bazardan alınır. Zavodun mülkiyyətində olan xammal yataqlarındakı ehtiyatların bir neçə onillik istismar müddətini təmin etmək planlaşdırılır. Zavodun hələ tam istifadə olunmamış istehsal gücü ilə əlaqədar olan mineral-xammal bazası zəruri hallarda istehsalın həcmini əhəmiyyətli dərəcədə artırmağa imkan verir.
Norm sement zavodunun layihəsi sıfırdan həyata keçirildiyindən, bu rayonda tam infrastruktur yaradılmalı idi. Bununla əlaqədar uzunluğu 15 km olan yüksəkgərginlikli elektrikötürücü xətti tikilmiş, Səngəçal İstilik Elektrik Stansiyası (İES) yenidən qurulmuş və onun gücü 200 MVA-a qədər artırılmışdır. Eyni zamanda, su, qaz kəmərləri və giriş yolu da tikilmişdir. Bundan əlavə, ərazidə internet və rabitə xidmətlərinin göstərilməsi üçün fiber-optik xətt çəkilib.
Norm sement zavodunun uzun illər ərzində səmərəli və effektiv fəaliyyətini təmin etmək üçün bütün dünyada mövcud olan ən yaxşı texnologiyalar quraşdırılmışdır. Əsas texnoloji avadanlıq Almaniya, Fransa, İsveçrə, Niderland və digər Avropa ölkələrinin aparıcı istehsalçıları tərəfindən təchiz edilmişdir. Bu avadanlıq istehsalın yüksək keyfiyyətinə, əməliyyatların təhlükəsizliyinə və səmərəliliyinə, enerji səmərəliliyinə və nəhayət, Avropanın ən tələbkar ekoloji standartlarına riayət olunmasına zəmanət verir.
İstehsal olunan sementin keyfiyyətinə xüsusi diqqət yetirilir. Zavodda sement və beton istehsalı üçün müasir laboratoriyalar var. Şirkət Almaniyanın dünyaca məşhur VDZ Elmi-Tədqiqat İnstitutu ilə sıx əməkdaşlıq edir. Norm şirkətinin bütün sement məhsulları Avropa standartlarına uyğun olaraq istehsal edilir. Bundan əlavə, Norm şirkəti Avropa Sement Tədqiqatları Akademiyasının (ECRA) həqiqi üzvüdür.
Norm sement zavodu "Keyfiyyətə nəzarət", "Ətraf mühitin mühafizəsi", Əməyin mühafizəsi və təhlükəsizlik texnikası" üzrə ISO 9001, ISO 14001, OHSAS 18001 sertifikatlarını almışdır.
Norm artıq yerli sement bazarında möhkəm mövqe tutmağa müvəffəq olmuşdur. Son illərə nəzər salsaq, zavodun illik istehsal həcminin davamlı artımının brendin bazardakı liderliyinə işarə olduğunu demək olar. Norm sement zavodunun istismara verilməsi ölkədə sement istehsalının artmasına əhəmiyyətli dərəcədə təsir göstərmişdir.
Yarandığı gündən bəri Norm öz sosial öhdəliklərini yerinə yetirir və uğurlu Korporativ Sosial Məsuliyyət (KSM) layihələrini həyata keçirməyə davam edir. Belə layihələrdən biri də "Norm Ustalar Klubu" layihəsidir. Klub 2016-cı ildə yaradılıb və artıq 3 ildən çoxdur ki, fəaliyyət göstərir. Hazırda Klubun 4000 üzvü var. "Norm Ustalar Klubu"nun fəaliyyət göstərdiyi müddət ərzində Azərbaycanın müxtəlif şəhər və rayonlarında 44 maarifləndirmə təlimi təşkil olunmuşdur. "Norm Ustalar Klubu"nun üstünlükləri təkcə ustalar üçün deyil, həm də son istifadəçi üçün və ümumilikdə ictimaiyyət üçün nəzərdə tutulmuşdur. Norm həmçinin insan resursları ilə bağlı tələblərindən kənara çıxan peşə təlimi ilə də fəal şəkildə məşğul olur. 2018-ci ildə şirkət iki yerli peşə məktəbi ilə əməkdaşlığa başlamışdır. Əməkdaşlıq bu peşə məktəblərində təhsil alanlara təcrübələrinin bir hissəsini sənaye mühitində keçirməyə və praktiki təcrübə qazanmağa imkan verir.
Norm regionda ən böyük sement istehsalçısıdır. Əlçatan qabaqcıl texnologiya ilə təchiz edilmiş müəssisənin gələcək məqsədi yerli tikinti sənayesinə daha yaxşı xidmət göstərmək və müasir tikinti texnologiyalarının tətbiqini dəstəkləmək üçün məhsul portfelini genişləndirməkdir.
2021-ci ildə Norm şirkəti Cənubi Qafqazda Amerika Neft İnstitutunun (API) sertifikatını alan ilk sement istehsalçısı olub və API tələblərinə uyğun olan neft quyuları üçün sement istehsalına başlayıb. Sertifikat assosiasiyanın keçirdiyi uğurlu auditdən sonra təqdim edilmiş və Norm şirkətinin istehsal prosesinin neft quyuları üçün sement istehsalı üzrə beynəlxalq səviyyədə tanınmış API spesifikasiyalarına uyğun olduğunu təsdiqləyir. Bu sənəd şirkətə Cənubi Qafqaz regionunda neft-qaz sənayesini sertifikatlaşdırılmış neft quyusu üçün sement ilə təchiz etməklə onun inkişafına töhfə verməyə imkan verir.
Daha ətraflı məlumat üçün www.norm.az saytına daxil olun.