Metyu Brayza müxtəlif vəzifələrdə 30 ildən artıq geniş iş təcrübəsinə malikdir.

Metyu Brayza
Nobel Upstream şirkətinin Qeyri-icraçı Direktoru

Metyu Brayza müxtəlif vəzifələrdə 30 ildən artıq geniş iş təcrübəsinə malikdir.

Cənab Brayza Nobel Upstream şirkətlər qrupunun holdinq şirkəti olan Nobel Oil E&P (UK) Ltd. şirkətinin Qeyri-icraçı  direktorudur.

O, ABŞ-ın Vaşinqton şəhərində (Kolumbiya dairəsi) yerləşən "Atlantik Şurası" beyin mərkəzinin Baş elmi işçisi və elə həmin şəhərdə yerləşən Ceymstaun Fondunun Direktorlar Şurasının üzvüdür. 2012-2015-ci illərdə Estoniya Respublikasının Tallin şəhərində yerləşən Beynəlxalq Müdafiə və Təhlükəsizlik Mərkəzinin direktoru olub.

Cənab Brayza Türkiyənin İstanbul şəhərində yaşayır, burada həmçinin Turcas Petrol şirkətinin Direktorlar Şurasının üzvü və ekoloji həllər üzrə ixtisaslaşmış fin-türk şirkəti Lamor Turkey-in Baş icraçı direktorudur.

Onun 23 illik diplomatik karyerası ərzində daha əvvəl tutduğu vəzifələrə isə ABŞ-ın Azərbaycandakı səfiri (2011-2012), ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya Məsələləri Bürosunda Katib müavininin köməkçisi (2005-2009), Ağ Evdə Milli Təhlükəsizlik Şurasının Avropa və Avrasiya məsələləri üzrə direktoru (2001-2005), ABŞ Dövlət Departamentinin Xəzər hövzəsinin enerji diplomatiyası üzrə müavininin müşaviri (1998-2001) və ABŞ-ın Rusiyadakı (1995-1997) və Polşadakı (1989-1991) səfirliklərində Siyasi məsələlər üzrə məsləhətçi vəzifələri daxildir.

Cənab Brayza 1988-ci ildə Fletçer Hüquq və Diplomatiya Məktəbində magistr dərəcəsinə, 1986-cı ildə isə Stenford Universitetində Beynəlxalq münasibətlər üzrə bakalavr dərəcəsinə yiyələnib.