İmran Əhmədzadə enerji, telekommunikasiya, maliyyə və sənaye şirkətlərində geniş təcrübəyə malikdir.

İmran Əhmədzadə
NEQSOL Holding-in Baş Maliyyə Direktoru, NEQSOL Holding Azərbaycan ofisinin rəhbəri

İmran Əhmədzadə enerji, telekommunikasiya, maliyyə və sənaye şirkətlərində geniş təcrübəyə malikdir.

Cənab Əhmədzadə NEQSOL Holding-in Baş Maliyyə Direktorudur və Holdinqin bütün aktivlərinin, portfelinin və investisiyalarının idarə edilməsinə məsuldur. O, həmçinin NEQSOL Holding Azərbaycan ofisinin rəhbəridir. 

İmran Əhmədzadə Holdinqin tərkibində olan Nobel Energy (öncə Nobel Oil Services) qrupunun, Nobel Upstream şirkətinin, Cənubi Qafqazda ən böyük sement istehsalçısı olan Norm şirkətinin və Vodafone Ukrayna telekommunikasiya şirkətinin Direktorlar Şurasının üzvüdür.

O, 2013-cü ildə Nobel Energy (öncə Nobel Oil) şirkətlər qrupunda Baş xəzinədar olaraq holdinqdə işə başlayıb. Holdinqin heyətinə qatılmazdan əvvəl cənab Əhmədzadə 2004-cü ildən etibarən bank sektorunda, Xəzinədarlıq, Risklərin idarə olunması, Kredit anderraytinqi, Portfelin idarə olunması sahələrində müxtəlif vəzifələrdə çalışıb. O, həmçinin, müxtəlif universitetlərdə mühazirəçi kimi fəaliyyət göstərib.

Cənab Əhmədzadə 2020-ci ildə PLD (Program for Leadership Development) üzrə təhsilini müvəffəqiyyətlə bitirərək Harvard Biznes Məktəbinin məzunu olub. 2009-cu ildə Almaniyada yerləşən Koburq (Coburg) Universitetində Maliyyə İdarəetməsi üzrə MBA dərəcəsinə yiyələnib.