Xəbərlər

Norm Cənubi Qafqazda API Sertifikatı alan ilk sement istehsalçısı olub və neft qazma sementi istehsalına başlayıb

NEQSOL Holding-in tərkibində olan Norm şirkəti Cənubi Qafqazda Amerikan Neft İnstitutu (API) sertifikatı alan ilk sement istehsalçısı şirkət olub və API tələblərinə uyğun olaraq neft quyusu sementi istehsalına başlayıb. Sertifikat, assosiasiya tərəfindən aparılmış uğurlu auditdən sonra verilib və Norm-un istehsal prosesinin neft quyusu sementinin istehsalı üçün beynəlxalq səviyyədə tanınan API spesifikasiyalarına cavab verdiyini təsdiqləyir.

“API-dən bu sertifikatı aldığımız üçün son dərəcə qürurluyuq. API spesifikasiyalarına cavab verməyə hazır olmaq üçün komandamız keçən il ərzində istehsal avadanlıqlarını yeniləməkdən, əlavə test avadanlıqları almağa və yeni 6-kameralı mərkəzi konus sement silosu tikməyə qədər inanılmaz dərəcədə çalışdı,” deyə Norm-un Baş İcraçı Direktoru Henning Sasse bildirib.

Bu sertifikat şirkətə Cənubi Qafqaz regionunda neft və qaz sənayesinin inkişafına sertifikatlı neft quyusu sementi təmin etməklə töhfə verməyə imkan yaradır.

“Biz, NEQSOL Holding-də işimizin hər sahəsində mükəmməlliyi təşviq edirik və bütün bizneslərimizin regional və bazar liderləri olmasını dəstəkləyirik. Cənubi Qafqazda bu nüfuzlu sertifikatı alan ilk sement istehsalçısı şirkət olan Norm-u görmək çox sevindiricidir. Bu tanınma, Norm-un əməliyyatlarında ən yüksək sənaye standartlarını qorumağa olan öhdəliyini göstərir,” deyə NEQSOL Holding-in Baş Direktoru Yusif Cabbarov bildirib.

Norm Cənubi Qafqazın ən böyük sement zavodunu idarə edir; zavodun istehsal gücü gündə 5,300 ton klinker və ildə 2,1 milyon ton sement təşkil edir.

NEQSOL Holding Böyük Britaniya, ABŞ, Türkiyə, Azərbaycan, Ukrayna, Gürcüstan, Qazaxıstan və BƏƏ-də enerji, telekommunikasiya, yüksək texnologiya və tikinti sahələrini əhatə edən əsas fəaliyyət sahələrinə malik şirkətlər qrupudur.