Riçard Şirer telekommunikasiya sahəsində geniş beynəlxalq təcrübəyə malikdir və bir çox rəhbər vəzifələrdə çalışıb.

Riçard Şirer
Bakcell şirkətinin Direktorlar Şurasının üzvü

Riçard Şirer telekommunikasiya sahəsində geniş beynəlxalq təcrübəyə malikdir və bir çox rəhbər vəzifələrdə çalışıb. Onun təcrübəsi əsasən dünyanın ən rəqabətli bazarlarının simsiz xidmətlər, genişzolaqlı və sabit xətt telefoniya seqmentində telekommunikasiya xidmətlərinin təmin edilməsinə, yeni texnologiyaların və xidmət innovasiyalarının tətbiq edilməsinə yönəlmişdir.

Cənab Şirer hazırda NEQSOL Holding-in telekommunikasiya qrupu olan Bakcell şirkətinin Direktorlar Şurasının üzvüdür. İdarə Heyətinin üzvü olmazdan əvvəl 2011-ci ildən 2016-cı ilə qədər Bakcell-in Baş icraçı direktoru vəzifəsində çalışıb.

Bakcell-ə gəlməzdən əvvəl o, Polşanın qabaqcıl mobil operatoru və TV xidmətlərin yeni təchizatçısı olan TPSA/Orange şirkətində Direktorlar Şurasının üzvü vəzifəsini tutub.

1990-1997-ci illərdə ABŞ, Asiya və Avropa ölkələrində fəaliyyət göstərən Cable & Wireless UK, PwC kimi müxtəlif şirkətlərdə çalışıb, 1997-ci ildə isə Malayziyanın DiGiTelecom şirkətinin Baş icraçı direktoru vəzifəsinə təyin edilib. 2000-2001-ci illərdə Riçard Şirer Böyük Britaniyada T-Mobile şirkətinin Baş kommersiya direktoru, 2005-ci ildən 2008-ci ilə qədər isə Bolqarıstanın BTC Mobile (Vivatel) şirkətində Baş direktor vəzifəsini icra edib.

Cənab Şirer CIMA (Chartered Institute of Management Accountants) üzvüdür. Mühasibat uçotu və Maliyyə üzrə təhsil alıb.