Emil Məsimov informasiya və kommunikasiya texnologiyaları (İKT) sahəsində 17 ildən çox geniş peşəkar təcrübəyə malikdir.

Emil Məsimov
Azerconnect şirkətinin Baş Direktoru, AzerTelecom şirkətinin Direktorlar Şurasının Sədri

Emil Məsimov informasiya və kommunikasiya texnologiyaları (İKT) sahəsində 17 ildən çox geniş peşəkar təcrübəyə malikdir.

2016-cı ildən etibarən cənab Məsimov NEQSOL Holding-ə daxil olan Azerconnect şirkətinin Baş Direktorudur. O, həmçinin AzerTelecom şirkətinin Direktorlar Şurasının Sədridir və holdinqin bir sıra digər İKT şirkətlərinin Direktorlar Şuralarının üzvüdür.

Holdinqin heyətinə qatılmazdan əvvəl, cənab Məsimov digər telekommunikasiya şirkətində Baş direktorun müavini, həmçinin telekommunikasiyanın tənzimlənməsi, idarə edilməsi və informasiya təhlükəsizliyi sahəsində müxtəlif rəhbər vəzifələrdə çalışıb.

2021-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə rabitə və informasiya texnologiyaları sahəsində səmərəli fəaliyyətinə görə cənab Məsimov “Tərəqqi” medalı ilə təltif edilib.

Cənab Məsimov 2022-ci ildə PLD (Program for Leadership Development) üzrə təhsilini müvəffəqiyyətlə bitirərək Harvard Biznes Məktəbinin məzunu olub. O, həmçinin 2016-cı ildə Mançester Universitetində MBA dərəcəsi alıb. Bununla yanaşı, Cənab Məsimov Kembricdə rəhbərlər üçün təhsil proqramını uğurla bitirib. O, Bakı Dövlət Universitetində magistr dərəcəsinə və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında bakalavr dərəcəsinə yiyələnib.