Cenk Serdar 30-dan çox inkişaf etmiş və inkişaf etməkdə olan bazarda İnternet və mobil rabitə sahəsində 20 ildən artıq təcrübəsi olan dünya miqyaslı biznes lideridir.

Cenk Serdar
Bakcell və Vodafone Ukrayna şirkətlərinin Direktorlar Şurasının üzvü

Cenk Serdar 30-dan çox inkişaf etmiş və inkişaf etməkdə olan bazarda İnternet və mobil rabitə sahəsində 20 ildən artıq təcrübəsi olan dünya miqyaslı biznes lideridir.

Cənab Serdar Holdinqin telekommunikasiya şirkətləri olan Bakcell və Vodafone Ukrayna şirkətlərinin Direktorlar Şuralarının üzvüdür.

NEQSOL Holding-in idarəetmə komandasına qoşulmazdan əvvəl, cənab Serdar Saudi Telecom Group (2013-2019), Vodafone Group (2009-2013), Turkcell Group (2005-2009) və Doğuş Group (1999-2004) kimi şirkətlər qruplarında rəhbər vəzifələrdə çalışıb. Burada o, Telekommunikasiya, Bank işi, Avtomobil sənayesi və Texnologiya sahələrində biznesin inkişafı, Birləşmə və Satınalma (M&A) və yerli və qlobal səviyyədə dəyişikliklərlə məşğul olmuşdur. O, telekommunikasiya, texnologiya və maliyyə xidmətləri göstərən şirkətlərin Direktorlar Şuralarında fəal iştirak edib. O, həmçinin Fulbrayt təqaüdçüsü və mələk investor / məsləhətçidir.

Cənab Serdar Uorton Biznes Məktəbində MBA dərəcəsinə və Ankarada yerləşən Bilkent Universitetində Sənaye mühəndisliyi üzrə bakalavr dərəcəsinə yiyələnib.