Ana Nakaşidze həm dövlət, həm də özəl sektorlarda telekommunikasiya sahəsində 20 ildən çox geniş təcrübəyə malikdir.

Ana Nakaşidze
AzerTelecom şirkətinin Baş Direktoru

Ana Nakaşidze həm dövlət, həm də özəl sektorlarda telekommunikasiya sahəsində 20 ildən çox geniş təcrübəyə malikdir.

Xanım Nakaşidze AzerTelecom şirkətinin Baş Direktorudur. O, AzerTelecom heyətinə 2018-ci ildə Baş direktorun müavini kimi qatılıb və 2020-ci ilin may ayınadək əməliyyatlar sahəsinə cavabdeh şəxs olub. Bundan əvvəl o, Gürcüstanın həm sabit, həm də mobil rabitə operatorlarında rəhbər vəzifələrdə çalışıb.

Ana Nakaşidze dövlət sektorunda və konsaltinq sahəsində geniş təcrübəyə malikdir. O, Gürcüstan hökumətinin kənd yerlərində internetdən istifadəni genişləndirmək təşəbbüsünə rəhbərlik edib və tənzimləyici orqanda müxtəlif vəzifələr tutub. O, həmçinin Dünya Bankı, Avropa Komissiyası və s. kimi yerli və beynəlxalq qurumlarda müxtəlif məşvərətçi vəzifələrdə çalışıb.

Xanım Nakaşidze Gürcüstan Texniki Universitetində Telekommunikasiya mühəndisliyi üzrə bakalavr və magistr dərəcələrinə yiyələnib.