Vüqar Səmədli neft və qaz sənayesində 17 illik beynəlxalq təcrübəyə malikdir.

Vüqar Səmədli
Nobel Energy şirkətinin Baş Direktoru

Vüqar Səmədli neft və qaz sənayesində 17 illik beynəlxalq təcrübəyə malikdir.

Cənab Səmədli NEQSOL Holding-in Enerji Rəhbəridir və holdinqin tərkibində olan Nobel Energy (əvvəllər Nobel Oil Services) qrupunun Baş icraçı direktorudur.

Qrupun əməliyyatlarının səmərəli idarə olunmasına verdiyi dəyərli töhfə və strateji hədəflərinə çatmasında dəstəyinə görə Vüqar Səmədli Nobel Energy Qrupun baş icraçı direktoru təyin edilib. Bundan əvvəl cənab Səmədli 2015-ci ildən 2017-ci ilədək Nobel Energy şirkətinin Baş əməliyyat direktoru vəzifəsində çalışıb. Cənab Səmədli Nobel Energy (əvvəllər Nobel Oil) şirkətlər qrupuna onun tərkibində olan Global Energy Solutions şirkətinin Baş direktoru kimi qatılıb.

Cənab Səmədli karyerasına 2003-cü ildə BP şirkətində əhəmiyyətli layihələrdə iştirak edərək başlayıb. O, tezliklə şirkətdə rəhbər vəzifələrə yüksəlib. Daha sonra isə DET-AL Holding-də və Azelektroterm şirkətində rəhbər vəzifələrdə çalışıb. 2009-2013-cü illərdə Vüqar Səmədli John Crane şirkətində Azərbaycan, Gürcüstan və Mərkəzi Asiya ölkələri üzrə Regional menecer vəzifəsində çalışıb. 2013-cü ilin avqust ayından etibarən isə karyerasını SOCAR, Siemens və Target Petroleum şirkətlərinin birgə müəssisəsi olan Oil and Gas ProServ şirkətinin Baş direktoru kimi davam etdirib.

Cənab Səmədli Türkiyənin Orta Doğu Teknik Universitetində (ODTÜ) Mexanika mühəndisliyi üzrə bakalavr, Amerika Birləşmiş Ştatlarının Florida Universitetində isə Mexanika mühəndisliyi üzrə magistr elmi dərəcələrinə yiyələnib. O, həmçinin Corc Vaşinqton Universitetinin Layihə İdarəetməsi üzrə diplomuna malikdir və SMITH Group ilə Biznesin İdarəedilməsi üzrə Magistr (MBA) təhsili alıb. Hazırda cənab Səmədli Azərbaycan Milli Elmlər Akademiyasında Kimya-Mexanika mühəndisliyi üzrə fəlsəfə doktoru (PhD) elmi dissertasiyasını müdafiə etmək üçün tədqiqat üzərində işləyir.