Qustav Nobel dünyanın 15-dən çox ölkəsində işləyib, bir neçə ali rəhbər vəzifə tutub və idarəetmə məsələləri üzrə məsləhətçi işləyib.

Qustaf Nobel
Nobel Energy şirkətinin Direktorlar Şurasının üzvü

Qustav Nobel dünyanın 15-dən çox ölkəsində işləyib, bir neçə ali rəhbər vəzifə tutub və idarəetmə məsələləri üzrə məsləhətçi işləyib.

Cənab Nobel, Nobel Energy şirkətinin (keçmiş Nobel Oil Services) Direktorlar Şurasının üzvüdür. Bu təyinata qədər 2014-cü ildə o, şirkətin Məşvərət Şurasının üzvü olub.

Hazırda Qustav Nobel Fransa və İsveç bazarlarına çıxan xarici şirkətlərdə idarəetmə məsələləri üzrə məsləhətçi kimi fəaliyyət göstərən Conversus SAS şirkətinin sahibi və Baş icraçı direktorudur.

Bu illər ərzində o, Electrolux, ABB və Trelleborg kimi müxtəlif şirkətlərdə işləyib. Cənab Nobel 2005-ci ildə Fransaya köçməzdən əvvəl 4 il ərzində Grand Moulin de Paris və Nestlé şirkətlərinin birgə müəssisəsi olan Delifrance AB-nin Baş icraçı direktoru vəzifəsində çalışıb. 2009-2014-cü illərdə o, "Nobel Sustainability Trust Foundation" fondunun sədri olub.

Cənab Nobel İsveçin Lund Universitetində Marketinq və İqtisadiyyat üzrə elmi dərəcə alıb.