Henninq Sasse əsasən müxtəlif texniki Rəhbər və ümumi rəhbər vəzifələrdə, 24-dən çox il iş təcrübəsi var.

Henninq Sasse
Norm şirkətinin Baş Direktoru

Henninq Sasse əsasən müxtəlif texniki Rəhbər və ümumi rəhbər vəzifələrdə, 24-dən çox il iş təcrübəsi var.

Cənab Sasse NEQSOL Holding-in heyətinə 2017-ci ildə Cənubi Qafqazda ən iri sement zavodunu idarə edən Norm şirkətinin Baş icraçı direktoru kimi qatılıb. Holdinqdə fəaliyyətə başlamazdan əvvəl LafargeHolcim qrupunda "Cement Industrial India" rəhbəri kimi fəaliyyət göstərib. Bununla yanaşı, LafargeHolcim şirkətlər qrupunun Hindistanda fəaliyyət göstərən iki şirkətinin İcraiyyə Komitələrinin üzvü olub.

O, Almaniya, Azərbaycan, Rusiya və Hindistanda (Cənubi Asiya) sement və digər tikinti materialları, eləcə də tullantıların idarə olunması və alternativ resurslar sahəsində 19 illik təcrübəyə malikdir.

Cənab Sasse Braunşveyq Texniki Universitetinin "Mexanika mühəndisliyi" fakültəsində magistr dərəcəsinə, Karlsrue Texniki İnstitutunda isə İqtisadiyyat üzrə elmlər doktoru dərəcəsinə yiyələnib. O, həmçinin Lozannada yerləşən Beynəlxalq İdarəetmə İnkişafı İnstitunun (IMD), Top-menecment və İdarəetmə üzrə iki proqramını bitirib.