Adnan Nuri Özkaya müxtəlif rəhbər vəzifələrdə 30 ildən çox beynəlxalq təcrübəyə malikdir.

Adnan Nuri Özkaya
Norm şirkətinin Direktorlar Şurasının Sədri

Adnan Nuri Özkaya müxtəlif rəhbər vəzifələrdə 30 ildən çox beynəlxalq təcrübəyə malikdir.

Cənab Özkaya Cənubi Qafqazda ən böyük sement zavodunu idarə edən Norm şirkətinin Direktorlar Şurasının sədridir. Bundan əvvəl o, həmçinin 2012-ci ilin fevral ayından etibarən Norm şirkətinin biznes məsləhətçisi və Direktorlar Şurasının üzvü olub.

Cənab Özkaya Lafarge Group-da işləyib və 17 il ərzində Türkiyə ofisində və Parisdəki mərkəzi ofisdə müxtəlif vəzifələrdə çalışıb. O, Lafarge Cement Türkiyədə 2002-2010-cu illərdə Baş icraçı direktor, 1999-2002-ci illərdə isə Baş maliyyə direktoru və Strategiya üzrə baş direktor vəzifələrində çalışıb. Bundan əvvəl isə 1992-ci ilin sonunadək audit şirkətində işləyib.

Cənab Özkaya 1988-ci ildə Boğaziçi Universitetində "Biznesin idarə edilməsi" üzrə təhsilini bitirib.