Volodimir Lavrençuk müxtəlif müəssisələrdə 35 ildən artıq iş təcrübəsi olan rəhbər şəxsdir.

Volodimir Lavrençuk
Ölkə üzrə Menecer, NEQSOL Holding-in Ukrayna ofisi

Volodimir Lavrençuk müxtəlif müəssisələrdə 35 ildən artıq iş təcrübəsi olan rəhbər şəxsdir.

Cənab Lavrençuk NEQSOL Holding-in Ukrayna ofisində Ölkə meneceridir. O, həmçinin NEQSOL Holding-in telekommunikasiya şirkəti və Ukraynada 20 milyona yaxın abunəçisi olan Vodafone Ukrayna şirkətinin Direktorlar Şurasının üzvüdür. O, 2020-ci ildə Vodafone Ukrayna şirkətinin heyətinə qatılıb, müxtəlif maliyyə qurumlarında kompleks korporativ mühitlərin idarə edilməsi üzrə geniş təcrübəyə malikdir.

Vodafone Ukrayna şirkətinin heyətinə qatılmazdan əvvəl, cənab Lavrençuk 15 il ərzində Ukraynanın ən böyük maliyyə institutlarından biri olan "Raiffeisen Bank Aval" bankının İdarə Heyətinə sədrlik edib. Karyerasının başlanğıcında o, Ukrayna Əmanət Bankı "Ukrinbank"da və Raiffeisen Bank Ukrayna-da müxtəlif vəzifələrdə çalışıb. O, həmçinin Ukrayna bazarında fəaliyyət göstərən ən böyük aparıcı biznes birliyi olan Avropa Biznes Assosiasiyasının Vitse-prezidenti vəzifəsində işləyib.

Cənab Lavrençuk 1982-ci ildə Kiyev Ticarət və İqtisadi İnstitutunda Maliyyə və İqtisadiyyat ixtisası üzrə elmi dərəcə alıb.