Toğrul Əhmədov enerji və digər sahələrdə hüquq və komplayens məsələləri üzrə 17 ildən çox geniş təcrübəyə malikdir.

Toğrul Əhmədov
Hüquq üzrə Baş Direktor

Toğrul Əhmədov enerji və digər sahələrdə hüquq və komplayens məsələləri üzrə 17 ildən çox geniş təcrübəyə malikdir.

Cənab Əhmədov NEQSOL Holding-də Hüquq üzrə Baş Direktoru vəzifəsində çalışır və holdinqin hüquq, korporativ idarəetmə və uyğunluq (komplayens) məsələlərinə məsuldur.

Əvvəllər cənab Əhmədov uzun müddət BP şirkətində Hüquq Məsləhətçisi (Legal Counsel) və Etika-Komplayens üzrə Regional Menecer vəzifələrində çalışıb. Bu vəzifələrdə o, hüquqi məsləhətlər, uyğunluğun qiymətləndirilməsi, maraqlı tərəflərlə münasibətlərin idarə edilməsi, korporativ idarəetmə və normativ tələblərə uyğunluq məsələləri ilə məşğul olub. Cənab Əhmədov TANAP və Şahdəniz Mərhələ 2 daxil olmaqla, böyük beynəlxalq layihələrdə fəal iştirak edib.

Cənab Əhmədov 2005-ci ildə Bakı Dövlət Universitetini bitirib. O, həmçinin müxtəlif beynəlxalq kursları və tədris proqramlarını müvəffəqiyyətlə bitirib.