Rauf Ağayev maliyyə, investisiya və korporativ idarəetmə sahələrində geniş beynəlxalq təcrübəyə malik yüksək səviyyəli rəhbər şəxsdir.
Hazırda o, NEQSOL Holding-in Məsləhət Şurasının üzvü olaraq, holdinqin korporativ strategiyasına və qlobal investisiya qərarlarına öz töhfəsini verir.
Cənab Ağayev eyni zamanda bir neçə rəhbər vəzifəni icra edir. O, Nəsib Həsənovun Səhmdar Ofisi Inviglob Holding-in baş direktoru olaraq enerji, infrastruktur və digər əsas sahələri əhatə edən geniş qlobal portfeli idarə edir. Cənab Ağayev həmçinin Nobel Energy Americas şirkətinin prezidenti və Nobel Energy şirkətinin maliyyə direktoru olaraq, şirkətin beynəlxalq enerji əməliyyatları üçün maliyyə strategiyasının və korporativ inkişafın rəhbərliyini həyata keçirir.
Əvvəllər o, Norm və Bakcell şirkətlərində Audit Komitələrinin üzvü kimi fəaliyyət göstərərək maliyyə göstəricilərinə, risklərə və uyğunluq məsələlərinə nəzarət etmişdir.
O, Kolumbiya Universitetindən və London Biznes Məktəbindən MBA dərəcəsi, və Azərbaycan Dövlət İqtisad Universitetindən bakalavr dərəcəsinə malikdir.