Meriç Tunç İnsan Resursları və Biznesin dəstəklənməsi sahələrində müxtəlif rəhbər vəzifələrdə 22 ildən çox geniş təcrübəyə malikdir.

Meriç Tunç
İnsan Kapitalı üzrə Baş Direktor

Meriç Tunç İnsan Resursları və Biznesin dəstəklənməsi sahələrində müxtəlif rəhbər vəzifələrdə 22 ildən çox geniş təcrübəyə malikdir.

Cənab Tunç 2018-ci ildən etibarən NEQSOL Holding-in İnsan Kapitalı üzrə Baş Direktorudur və İnsan Kapitalı sahəsində Strategiyanın tətbiqinə, Təşkilati Dəyişikliklərin həyata keçirilməsinə, Liderlik Mədəniyyətinin inkişafına, Birləşmə və Sərmayələr (M&A) sahəsində Dəyişikliklərin İdarəedilməsi prosesinə rəhbərlik edilməsinə məsuldur.

NEQSOL Holding-də işə başlamazdan öncə Meriç Tunç Samsung Electronics Türkiyə şirkətində İnsan Resursları üzrə Direktor vəzifəsində işləyib. Turkcell Qrupda İnsan Resurslarının idarəedilməsi və Biznesin dəstəklənməsi sahəsində müxtəlif vəzifələrdə 12 illik dəyərli iş təcrübəsinə malikdir.

Cənab Tunç 2023-cü ildə Beynəlxalq Direktorlar Proqramını (2023) uğurla başa vurmaqla INSEAD Biznes Məktəbinin məzunu olub. O, həmçinin 2017-ci ildə Harvard Biznes Məktəbində Qlobal İdarəetmə Proqramını uğurla bitirib. Cənab Tunç 2000-ci ildə Mərmərə Universitetində İnsan Resursları ixtisası üzrə magistr dərəcəsi alıb.