Kadri Özen ictimaiyyətlə əlaqələr, kommunikasiyalar və dayanıqlılıq strategiyaları sahələrində geniş beynəlxalq liderlik təcrübəsinə malikdir.

Kadri Özen
Kommunikasiyalar və Dayanıqlılıq üzrə Baş Direktor

Kadri Özen ictimaiyyətlə əlaqələr, kommunikasiyalar və dayanıqlılıq strategiyaları sahələrində geniş beynəlxalq liderlik təcrübəsinə malikdir.

Cənab Özen NEQSOL Holding-in Kommunikasiyalar və Dayanıqlılıq üzrə Baş Direktorudur. O, holdinqin qlobal mövqeləndirməsini və nüfuzunu dəstəkləmək üçün korporativ kommunikasiyalara, dayanıqlılıq strategiyalarına və xarici maraqlı tərəflərlə əlaqələrə rəhbərlik edir.

NEQSOL Holding-ə qoşulmazdan əvvəl Niderlandda, qlobal miqyasda ən böyük çay biznesi olan və “Unilever” tərəfindən “CVC Capital Partners”ə satılan “LIPTON Tea and Infusions” şirkətinin Kommunikasiyalar üzrə Baş direktoru vəzifəsində çalışıb.

Cənab Özen Türkiyə, ABŞ, Böyük Britaniya, Almaniya, BƏƏ və Niderlandda Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (UNDP), “Coca-Cola”, “Merck Pharmaceuticals” və “Unilever” şirkətlərində yüksək rəhbər vəzifələrdə çalışıb. O, karyerasının ilk illərində TRT, CNN World Report, BBC World Service və SHOW TV-də beynəlxalq xəbər müxbiri və aparıcı kimi çalışıb.

Kadri Özen tibb üzrə təhsil alıb, eyni zamanda ABŞ-nin Emory Universitetində MBA dərəcəsini bitirib.