NEQSOL Holding Udemy Business ilə tərəfdaşlığa başlayır
NEQSOL Holding öz əməkdaşlarının təlim kurslarına çıxışını təmin etmək məqsədilə “Udemy Business” ilə tərəfdaşlığa başlayıb. Holdinqin rəqəmsal təlim və ünsiyyət platforması olan NEQSOL Academy onlayn “Udemy Business” platformasında ekspertlərin təklif etdiyi 25,000-dən çox təlim kursuna korporativ çıxış təmin edəcək. Biznesdən dizayna, informasiya texnologiyalarından musiqiyə, sağlamlıqdan fərdi inkişafa qədər kateqoriyalarda “Udemy” karyera yüksəlişinə, fərdi və peşəkar inkişafa kömək edən unikal inkişaf imkanları təklif edir.