Mükafatlar və Təltiflər

NEQSOL Holding-in İnsan Kapitalının İdarəedilməsi sahəsində ən yaxşı təcrübələrin yaradılması və tətbiqi istiqamətində əldə etdiyi nailiyyətləri müxtəlif mükafatlarla qiymətləndirilib.

 

The Stevie® Awards mükafatı: Davamçıların hazırlanması və karyera idarəetməsi sahəsində nailiyyət

NEQSOL Holding davamçıların hazırlanması və karyera idarəetməsi sahəsində əldə etdiyi nailiyyətlərə görə Gold Stevie® Award qızıl mükafatına layiq görülüb. Nüfuzlu mükafat Holdinqdə Davamçıların Hazırlanması Proqramının yüksək məmnuniyyət və uğur göstəricilərinə görə verilib. Möhtəşəm İşəgötürənlər mükafatı daxil olmaqla, Stevie® Awards mükafatı 8 proqram üzrə təqdim edilir və hər il 70-dən çox ölkəni təmsil edən təşkilatlardan 12,000-dən çox müraciətin daxil olduğu beynəlxalq biznes mükafatları müsabiqəsidir. Daha ətraflı

 

Brandon Hall Group Awards mükafatı: Davamçıların hazırlanması və karyera idarəetməsində ən yaxşı irəliləyiş

Davamçıların hazırlanması və karyera idarəetməsi sahəsində mükəmməlliyə görə NEQSOL Holding Brandon Hall Group Silver Award mükafatına layiq görülüb. Mükafat, NEQSOL Holding-in Davamçıların Hazırlanması Proqramının holdinqin tərkibindəki şirkətlərdə unikal fərdiləşdirmə və sinerji yaratma qabiliyyətinə görə verilir. Brandon Hall Group bütün dünyada 10.000-dən çox müştərisi olan, tədqiqat və məsləhət xidmətləri üzrə təxminən 28 illik təcrübəyə malik tədqiqat və analitika şirkətidir. Şirkət ən böyük və davamlı tarixə malik olan İnsan Kapitalı İdarəedilməsi mükafatları proqramını idarə edir. Daha ətraflı